Accessibility links

Yevgeni Primakov vəfat edib


İyunun 26-da keçmiş sovet və Kommunist Partiyası xadimi Yevgeni Primakov Moskvada vəfat edib.

“O, Azərbaycan xalqının yaddaşında 1990-cı il 20 yanvar faciəsinin müəllifi kimi qalıb”.

Bu barədə Amerikanın Səsinə o dövrün milli-azadlıq hərəkatının liderlərindən Etibar Məmmədov bildirib.

20 Yanvar şəhidləri
20 Yanvar şəhidləri

“1990-cı ilin yanvarında bizimlə görüşdə Primakov öz oğlunun məzarına and içdi ki, Bakıya qoşun yeridilməyəcək. Lakin o, bizi aldatdı. Sonra Qorbaçov etiraf edib ki, Bakıya qoşunların yeridilməsini məhz Primakov tələb edib”, E.Məmmədov bildirib.

Milli-azadlıq hərəkatının digər lideri Rəhim Qazıyev təkcə yanvar faciəsində görə deyil, həm də Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında, 1993-ci ildə Xalq Cəbhəsi hökumətinin süqutunda, Azərbaycanda avtoritar rejimin təkrar qurulmasında Primakovun rolunu qeyd edib.

Xatırladaq ki, 1990-cı ilin əvvəllərində kommunist rejimini xilas etmək üçün Primakov Bakıya gələn SSRİ partiya və dövlət xadimləri nümayəndə heyətinə rəhbərlik edib. Müstəqillik tərəfdarlarını öz yolundan döndərə bilməyən Kreml elçiləri Bakıya qoşun yeridərək paytaxtı işğal etdilər. 134 dinc sakin öldürülüb, 700-dən çox adam yaralanıb, onlarla adam itkin düşüb.

Primakovun rəhbərlik etdiyi komanda Azərbaycanı müstəqillik yolundan döndərə bilmyib və ölkə müstəqilliyinə qovuşub. Lakin o zaman bu komanda Azərbaycanla Ermənistan arasında əkscəbhələşmə yarada bilib, iki ölkə arasında düşmənçilik salıb. İki ölkə arasında münaqişə hələ də həllini tapmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG