Accessibility links

62-ci Eurovision Mahnı Müsabiqəsi keçirilir


62-ci Eurovision Mahnı Müsabiqəsi başlayıb.

Camalan "1944" mahnısı ilə ötənilki müsabiqədə qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə 2-ci dəfə ev sahibliyi etmək hüququ qazanıb.

Müsabiqə Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçirilir.

Müsabiqənin yarımfinalları 2017-cı ilin 9, 11 baş tutub, final isə 13 may tarixində keçiriləcək.

Avropa Yayımlar Birliyi rəsmi olaraq 2017 Avroviziya Mahnı Müsabiqəsində 42 ölkənin təmsil olunacağını açıqlayıb.

Portiqaliya və Rumıniya 1 illik fasilədən sonra 2017-ci ildə müsabiqəyə geri dönüb.

Azərbaycanı bu yarışda "Skeletons" mahnısı ilə Dihaj təmsil edir.

Ukrayna Rusiyanın Eurovision Mahnı Müsabiqəsində təmsilçisi Yuliya Samoylovaya Krıma səfər etdiyi üçün viza verməkdən imtina edib.

Rusiya müsabiqədə iştirak etməyəcəyini apreldə açıqlamışdı.

Müsabiqəni 200 milyondan çox insan izləyir.

XS
SM
MD
LG