Accessibility links

Facebook adını Meta-ya dəyişir


Facebook adını Meta-ya dəyişərək, özünü 2D ekranlardan kənara çıxan rəqəmsal innovativ şirkət kimi yenidən elan edib. Baxmayaraq ki, insayder açıqlamaları bu texnologiya nəhəngini nifrət dolu fikirlər, dezinformasiya və psixi sağlamlığa qarşı laqeyd şirkət kimi qələmə verir.

Facebook-un təsisçisi və CEO-su Mark Zukerberq cümə axşamı canlı yayımlanan virtual reallıq (VR) konfransı zamanı deyib ki, Facebook-un adının əvəz edilməsi onun dəyişdirilə bilinən sosial media lentindən kənarlaşdırılmasını əks etdirir.

"Orta səviyyəli növbəti platforma daha təsirli olacaq. Bu, təcrübədə gördüyünüz, sadəcə ona baxdığınız deyil, təcəssüm olunmuş internet olacaq. Biz bunu metabəşəriyyət adlandırırıq" - deyə, o bildirib.

Zukerberq klassiklərdən ilhamlandığını deyib. “Meta” yunanca “kənar” sözündəndir.

O, Facebook-a məxsus Instagram, WhatsApp və Messenger kimi proqramların hələ də şirkətin missiyasını yerinə yetirəcəyini, lakin VR baxışını qurarkən Facebook “metabəşəriyyəti həyata keçirməyə yardım edəcək yeni Şimal Ulduzu”nu tapdığını deyib.

Facebook-un sabiq işçisi Franses Haugenin hazırda Facebook Papers kimi tanınan bir çox daxili sənədlərini sızdırmasından sonra Facebook sıx araşdırma obyektinə çevrilib.

The New York Times qəzetinin yazdığına görə, Haugen ABŞ və Avropada qanunvericilər və tənzimləyicilərlə görüşərək, sürətlə böyüyən şirkətə daha sərt nəzarət edilməsini təklif edib.

Rebrendinqinin bir hissəsi olaraq Facebook yeni, daha dərin VR variantını hazırlayacaq.

Zukerberq deyib ki, rəqəmsal istifadəçilərin "canlı 3D təmsilləri" olacaq, insanlara işləməyə, oyun oynamağa və birlikdə ictimailəşməyə imkan verəcək.

İstifadəçilər virtual əşyalar və kosmetika ilə təcrübələrini fərdiləşdirə, Dropbox və Slack kimi qeyri-Facebook proqramlarını birləşdirə, dostları və həmkarları ilə uzaqdan görüşə bilərlər.

Horizon adlanan bu sosial platformaya Facebook-un Oculus Quest, şirkətin VR qulaqlıqları vasitəsilə daxil olmaq mümkün olacaq.

Zukerberq bildirib ki, məxfilik və təhlükəsizlik metabəşəriyyətin əsas xüsusiyyətləri olacaq: İstifadəçilər insanları bloklaya və “tək qalmaq üçün şəxsi qabarcığa teleportasiya edə biləcək”.

Onun dediyinə görə, Məsuliyyətli İnnovasiya Prinsipləri ilə məxfiliyə dörd istiqamətlə yanaşılacaq: "İnsanları heç vaxt təəccübləndirməyin", "Əhəmiyyətli nəzarəti təmin edin", "Hər kəsi nəzərə alın" və "İnsanları birinci yerə qoyun".

Bu, Google-un təsis etdiyi “şərləmə” qaydasını xatırladır, lakin tənqidçilər Facebook-un keçmişdə istifadəçilərin şəxsi məlumatlarını qorumaq üçün zəif iş gördüyünü deyir.
Zukerberq metabəşəriyyətin elmi-fantastik səsləndiyini qəbul etdiyini, lakin onun on il ərzində əsas cərəyan olacağını proqnozlaşdırıb.

Virtual konfransdakı çıxışına görə, o, bu müddət ərzində 1 milyard istifadəçinin metabəşəriyyətə çıxışı olacağına, milyardlarla dollarlıq e-ticarəti asanlaşdıracağına və milyonlarla yeni işi dəstəkləyəcəyinə ümid edir.

XS
SM
MD
LG