Accessibility links

"Facebook qatili" kimi tanınan şəxs polis təqibidən sonra özünə sui-qəsd edib


Son günlər ABŞ-da hər kəsin diqqət mərkəzində olan qatil axtarışı çərşənbə axşamı sona çatdı. Qətl videosunu çəkərək sosial şəbəkədə paylaşmış şəxs qısa polis təqibindən sonra özünü tapanca ilə öldürüb.

Ohayonun Klivlend şəhərində 74 yaşlı kişini güllə ilə vurub öldürən Stiv Stefens bazar günü qətl videosunu Facebook-a yüklədikdən sonra polisdən gizlənirdi.

Çərşənbə axşamına qədər onun harada olduğu məlum deyildi. Amma həmin gün Pensilvaniyanın Eri şəhərində yemək yeyərkən kafenin işçiləri Stifensı tanıyıb və yeri polisə bildirilib.

Kimliyinin müəyyən edildiyini anlayan Stefens kafeni tərk etsə də, qısa zaman ərzində polis onun izinə düşə bilib. Qısa təqibdən sonra polis Stefensin maşınını saxlayıb ona tərəf yaxınlaşanda, o artıq intihar etmiş olub.

Qətl videosunu paylaşmaqla bərabər, Stefens daha 13 nəfəfin öldürdüyünü bildirdiyi video da yaymışdı. Polisdən verilən məlumata görə, həmin qətllərlə bağlı heç bir sübut tapılmayıb.

Facebook sosial şəbəkəsi son aylar insanların aqressiv videolarını paylaşması ilə bağlı tənqidlərlə üzləşir. İnternet şirkətlərinin konfransında çıxış edən Facebook təsisçisi Mark Zukerberq bu cür faciələrin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildirib.

XS
SM
MD
LG