Accessibility links

Facebook-a sərt tənqidlər ünvanlanır [Video]


Facebook-a sərt tənqidlər ünvanlanır
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Səhmlərinin qiyməti kəskin düşüb. ABŞ və Avropa qanunvericiləri suallarına cavab gözləyir. Bununla bərabər, yeni “Facebook-u sil” kampaniyasına start verilib.

2 milyarddan çox istifadəçisi olan sosial media nəhəngi Facebook 50 milyon istifadəçinin məlumatlarının Donald Trampın kampaniyasına yardım edilməsi üçün üçüncü tərəfə ötürülməsi xəbərlərindən sonra ciddi problemlərlə üz-üzədir.

Bəzi müşahidəçilər deyir ki, hazırkı skandal Facebook-un kənar şirkətlərə istifadəçilərin məlumatlarına necə çıxış verdiyini göstərir.

Kris Hufnaql, Hüquq və İnformasiya professoru, UC Berkeley: “Onlar kənar proqramçı şirkətlər üçün xalça sərib, onlara məlumatlara nəzarətsiz çıxış veriblər. Facebook öz ekosisteminin parçası olan üçüncü tərəflərə malikdirlər, amma onlar həmin şirkətləri təftiş etmək niyyətində deyillər. Nəticədə isə həmin minlərlə proqramçı şirkətlərdən biri özünü yaxşı aparmayanda, Facebook məsuliyyəti boynuna alır.”

Facebook uzun müddət özünü dünyanı birləşdirən və daha demokratik edən bir güc kimi təqdim edib. Eyni zamanda, insanlar haqqında böyük həcmdə məlumatlar topladığından və bunun yanlış yol üçün istifadə edilməsi demokratiyalara böyük zərbə ola bilər.

Tənqidçilər deyir ki, bu, bütün sosial media şirkətləri üçün gördükləri işə səmimi nəzər yetirmək məqamıdır.

Mişel De Moy, Demokratiya və Texnologiya Mərkəzi: “Çox vacibdir ki, Facebook kimi şirkətlər bir addım arxaya çəkilib, istifadəçilərin gözləntilərinə əks olmayan pul qazanma strategiyası seçimlərinin olduğunu anlasınlar. İndiki dayanıqlı strategiya deyil. Onlar bunu öz səhvlərilə anlamağa başlayırlar.”

Şirkətin rəhbəri Mark Zukerberq cərşənbə günü bu xəbərlərlə bağlı bəyanat verərək, istifadəçilərin şəxsi məlumatlarını qorumaq məqsədilə, sosial şəbəkədə olan minlərlə tətqbiqetməni təftiş edəcəklərinə söz verdi. Lakin çox şey şirkətin bunu necə edəcəyindən asılıdır.

Kris Hufnaql, Hüquq və İnformasiya professoru, UC Berkeley: “Facebook çoxlu səhvlər edib. Çox hissəsini sadə üzrhaqlıq və dünyanı birlədirmək dəyərinə malik olduğunu deməklə unutdura bilib. Lakin insanlar Facebook-un dəyərlərinə sadiqliyinə şübhə etməyə başlasa, bu şirkətin mövcudluğunu sual altına alacaq. Əgər insanlar Brexit-ə, Trampa və Putinə baxıb desələr ki, sizin birləşdirdiyiniz dünya indi daha pisdir, o zaman Facebook-un ciddi problemləri olacaq.”

Facebook və onun iki milyardlıq istifadəçisi üçün itirilə biləcək çox şey var.

XS
SM
MD
LG