Accessibility links

Facebook ABŞ seçkilərinə təsir etməkdə şübhəli bilinən hesabları bağlayıb


ABŞ-da noyabr ayında keçiriləcək Konqres ara seçkilərinə təsir etməklə bağlı ciddi səylərin mövcud olduğu görünür. Buna baxmayaraq, özəl şirkətlər və hökümət rəsmiləri yenicə aşkarlarnan təşviqat cəhdlərinin arxasında kimin dayandığını deməyə tərəddüd edirlər.

Facebook çərşənbə günü “etibarlı olmayan” 32 Facebook və Instagram hesabını bağladığını elan edib. Bu barədə bloq post vasitəsi məlumat verən Facebook, təhqiqatın yalnız ilkin mərhələlərdə olduğunu və bu təşviqat cəhdlərinin arxasında kimlərin dayandığı da daxil olmaqla, bir çox faktların tam məlum olmadığını bildirib.

Sosial media nəhəngi deyib ki, bu hesabları kim yaradıbsa, öz həqiqi şəxsiyyətini gizlətməkdə daha öncə eyni işi görmüş, Rusiyada yerləşən İnternet Təhqiqat Agentliyindən daha mürəkkəb tədbirlər həyata keçirib.

Milli kibertəhlükəsizlik sammitində çıxış edən milli təhlükəsizlik katibi Kirstyen Nielsen Facebook-un elanını birbaşa şərh etməsə də, ABŞ seçkilərinə müdaxilənin qarşısının alınması istiqamətində işlərin aparıldığını qeyd edib.

XS
SM
MD
LG