ABŞ-ın Azərbaycandakı Səfirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş faciə ilə bağlı başsağlığı verib.
“Bakıda Narkoloji Mərkəzdə baş verən faciə Birləşmiş Ştatların Bakıdaki Səfirliyini dərindən kədərləndirmişdir. Birləşmiş Ştatlarının xalqı adından biz qurbanların ailə və dostlarına başsağlığı verir və zərər çəkənlərin mümkün qədər tez sağalmasını arzullayırıq”, səfirliyin başsağlığında deyilir.
Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinidə baş vermiş yanğın nəticəsində 25 nəfər dünyasını dəyişib.
Xarırladaq ki, faciə ilə bağlıBöyük Britaniya, Fransanın Azərbaycandakı səfirlikləri, Rusiya və İran prezidentləri, Türkiyənin baş naziri, Avropa Şurasınınn baş katibi, çoxsaylı digər dövlət və tşkilatlar başsağlığı verib.