Accessibility links

Araş Sadiqinin ailəsi fəalı azad etmək üçün İran hakimiyyətinə təzyiq göstərməyə çağırıb


Araş Sadiqi
Araş Sadiqi

Həbsdə olan iranlı fəal Araş Sadiqinin atası Hüseyn Sadiqi oğlunun səhhətinin pisləşməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib və dünya ölkələrini onun azad edilməsi üçün Tehrana təzyiq göstərməyə çağırıb.

Dəfələrlə həbsdə olan Araş Sadiqi sümük xərçəngindən əziyyət çəkir və atası deyir ki, həbsxana rəhbərliyi onun dərman və müalicə almasına mane olub.

Sadiqi oktyabrın 12-də baş örtüyü və ya hicabını düzgün geyinmədiyi iddiası ilə əxlaq polisi tərəfindən nəzarətə götürüldükdən sonra 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkəni sarsıdan etirazlar zamanı həbs edilib.

Sadiqinin atası bir neçə dəfə oğlunun vəziyyətindən narahat olduğunu bildirib. Buna cavab olaraq sosial şəbəkələrdə fəala dəstək kampaniyası başlayıb. Onun adı noyabrın əvvəlindən Twitter-də 1,5 milyon dəfədən çox istifadə olunub.

Fəal artıq xondrosarkoma xərçənginə görə əməliyyat olunub və insan haqları qruplarına görə və onu müalicə edən həkimlər deyirlər ki, o, əməliyyatdan sonra 4 aydan bir müalicə kursları keçmək üçün xəstəxanaya göndərilməli idi.

Sadiqi Tehrandakı Əllamə Təbatəbai Universitetinin tələbəsi idi və orada siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən qovulmuşdu.

2013-cü ildə o, hökumət əleyhinə təbliğat aparmaq, ali liderə böhtan atmaq və milli təhlükəsizliyə təhdid ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

O, bir neçə dəfə, o cümlədən 2016-cı ildə hələ çap olunmayan bədii əsərlər yazmaq ittihamı ilə saxlanılan həyat yoldaşının həbsinə etiraz olaraq aclıq aksiyası keçirib.

Əvvəllər həbsdə olarkən xərçəng diaqnozu qoyulan Sadiqi 5 ildən çox müddətə dəmir barmaqlıqlar arxasında yatdıqdan sonra il yarım əvvəl həbsdən çıxıb.

Fatimə Sepehri və Məcid Təvəküli də daxil olmaqla, son günlər etirazlara görə bir çox tanınmış fəallar, hüquq müdafiəçiləri və ziyalılar da həbs edilib.

AzadlıqRadiosunun Fərda radiosunun məlumatına görə, həbs olunanlar arasında azı 116 jurnalist və köşə yazarı var.

Bunlara Yalda Moayeri, Araş Gənci və Əmininin sentyabrın 16-da öldüyü Tehran xəstəxanasından məlumat verən Nilufər Hamedi daxildir.

XS
SM
MD
LG