Accessibility links

İfrat sağçı Giorgia Meloni İtaliyanın baş naziri kimi and içib


İtaliya Prezidenti Sergio Mattarella və yen təyin olunan baş nazir Giorgia Meloni Romada keçirilən andiçmə mərasimində. 22 oktyabr, 2022.
İtaliya Prezidenti Sergio Mattarella və yen təyin olunan baş nazir Giorgia Meloni Romada keçirilən andiçmə mərasimində. 22 oktyabr, 2022.

Neofaşist kökləri olan siyasi partiyası son seçkilərdə qalib gələn Giorgia Meloni şənbə günü İkinci Dünya Müharibəsində sonra İtaliyanın ilk ifrat sağçı baş naziri kimi and içib. O, həm də baş nazir olan ilk qadındır.

45 yaşlı meloni Prezident Sergio Mattarella qarşısında and içib. Mattarella bir gün öncə ondan rəsmi olaraq hökumət qurmasını istəyib.

Melonin 2012-ci ildə həmtəsis etdiyi İtaliya Qardaşları partiyası sağçı Matteo Liqası və keçmiş baş nazir Silvio Berluskoninin başmılıq etdiyi mühafizəkar Forza İtalia partiyası ilə koalisya hökuməti quracaq. Bu iki partiyanın populyarlığı son iki ildə azalıb.

Meloni and içmə mərasimində İtaliyanın müharibədən sonrakı respublikasına sadiq qalacağına və “millətin müstəsna maraqlarına” uyğun hərəkət edəcəyinə söz verib. Onun andını onunla birlikdə ölkə başçısı vəzifəsində, müharibədən dərhal sonra hazırlanan Konstitusiyanın qarantı kimi xidmət göstərən Mattarella imzalayıb.

Bundan sonra Meloni ilə birlikdə and içən 24 nazir də imzalayıb. Nazirlərdən beşi texnokratdır və heç bir partiyanı təmsil etmir. Onlardan altısı qadındır.

Meloni sentyabrın 25-də keçirilən seçkidən öncəki kampaniyasında qarşıdurma olduğu təqdirdə milli maraqların Avropa İttifaqı siyasətindən üstün olacağını təkid edib. O tez-tez Aİ bürokratiyasına qarşı çıxıb.

Salvinin sağçı Liqa partiyası bəzən avroskeptik mövqe nümayiş etdirib. Rusiya Prezidenti Vladimir Putininin pərəstişkarı olan Salvini həmçinin Aİ-nın Rusiyaya Ukraynaya hərbi müdaxiləsi səbəbilə tətbiq etdiyi sanksiyalar sual edib və onların Rusiyadan çox İtaliyanın biznes maraqlarına ziyan vurduğunu iddia edib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen and içmə mərasimindən sonra Meloniyə göndərdiyi təbrik tvitində müsbət tonda çıxış edib və onun ilk qadın baş nazir olan italiyalı olduğunu qeyd edib.

“Mən yeni hökumətlə birlikdə üzləşdiyimiz problemlərə dair konstruktiv əməkdaşlığa ümid edirəm və bunu səbirsizliklə gözləyirəm,” Aİ sədri deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG