Accessibility links

Vaşinqton Fars körfəzinin daşınma marşrutlarının qorunması üçün çoxmillətli hərbi koalisiya yaradır


Vaşinqton İraq və Yəmən sularının müdafiəsi, xüsusilə də körfəzin daşınma marşrutlarının qorunması üçün çoxmillətli hərbi koalisiya yaradılacağını bəyan edib.

Bu ölçü cümə axşamı İran gəmilərinin Britaniyanın yanacaq daşıyan tankerinin Hörmüz boğazından keçməsinə mane olmaq cəhdindən sonra götürülür.

Hökumətin bəyanatında deyilib ki, iranlılar Britaniyanın hərbi gəmisindən xəbərdarlıq aldıqdan sonra geri çəkilib.

İranın İnqilab Qvardiyası Britaniyanın bu ittihamını rədd edib və deyib ki, əgər ona hansısa gəmini ələ keçirmək əmri verilsəydi, o bu əmri dərhal yerinə yetirərdi.

İran prezidenti çərşənbə günü Britaniyanın ötən həftə İranın supertankerinin ələ keçirməsinin “nəticələri” ilə üzləşəcəyini deyib. Cəbəllütariq rəsmiləri həmin supertankerin Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğundan şübhələnib.

Tanker ABŞ-la İran arasında Trampın 2015-ci ildə imzalanan nüvə razılığından geri çəkilməsindən sonra gərginliyin artdığı bir vaxt ələ keçirilib.

Ekspertlr ABŞ-ın koalisya yaradılması planını alqışlayaraq, bunun Hörmüz boğazında yaranan hərbi gərginliyi azalda biləcəyini deyib.

İran Hörmüz boğazını bağlayacağı ilə hədələyib.

Dünyanın 5-ci ən böyük neft daşınması marşrutlarından olan bu boğaz böyük strateji əhəmiyyət kəsb edir.

XS
SM
MD
LG