Accessibility links

Space X şirkəti məxfi peyki orbitə göndərib


Space X şirkəti 2018-ci ildə ilk dəfə olaraq məxfi peykini uğurla orbitə göndərib.

Özəl şirkətin Falkon adlı pilotsuz raketi bazar günü gecə saatlarında ABŞ-ın Florida ştatındakı Keyp Kanaveral uçuş mərkəzindən Zoma adlı peyk aparatını fəzada adının açıqlanmadığı orbitə aparıb.

Yenidən istifadə edilə bilən Falkon raketi fəzaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra təhlükəsiz şəkildə geriyə, uçuş platformasına enib.

Peyki ABŞ-ın Northrop Grumman adlı aviasiya və müdafiə texnologiyaları şirkəti yaradıb. Lakin layihəyə və onun missiyasına hansı hökumət agentliyinin rəhbərlik etdiyi məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG