Accessibility links

FBI ABŞ Konqresmeninin evində və ofisində reydlər keçirdi, yerli media reydləri Azərbaycanla əlaqələndirir


Federal Təhqiqat Bürosu (FBI) ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Henri Kuelların Texas ştatındakı evində və kampaniya ofisində reydlər keçirib.

Bu barədə ABŞ mediasında məlumatlar yayılıb.

Rəsmi mənbələrə istinad olunan məlumatlara görə reydlər ABŞ biznesmenlərinin Azərbaycanla əlaqələrinin araşdırılmasından qaynaqlanır.

Kuelların şəxsən bu təhqiqatın hədəfi olub-olmadığı aydın deyil.

FBI rəsmiləri həmin ərazilərdə reydlərin keçirildiyini etiraf edib, lakin təfərrüata varmayıb.

Kuelların ofisi yaydığı bəyanatda “təhqiqatla tam əməkdaşlıq” edəcəyini bildirib. “O, ədalət və qanunun gözlənilməsinin təminatına sadiqdir,” - konqresmen ofisinin yaydığı bəyanatda deyilir.

Enrik Roberto “Henri” Kuellar 2005-ci ildən bəri Texasın 28-ci Konqres dairəsini təmsil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG