Accessibility links

FBI: ABŞ-da nifrət zəminində cinayətlərin sayı artıb


Tom Qaring adlı amerikalı təqaüdçü Kaliforniyada Rosvil şəhərində Tarbiya institutunun binası üzərindəki irqçi məzmunlu yazıları silir

Birləşmiş Ştatlarda keçən il nifrət zəminində cinayətlərin sayının bir qədər artdığı müşahidə edilir. Federal Təhqiqatlar Bürosuna (Federal Bureau of Investigation-FBI) əsasən, nifrət zəminində insidentlərin əsas hədəfi olan bir neçə qrup, o cümlədən ərəblər, müsəlmanlar, trangenderlərlə bağlı insidentlərin sayı kəskin artıb.

FBI-ın nifrət zəminində illik statistikalarına görə, 2015-ci ildə 5850 insidentlə müqayisədə bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb.

Bu, 2004-cü ildən bəri ilk dəfədir ki, Birləşmiş Ştatlarda nifrət zəminində cinayətlərin sayı bir-birinin ardınca iki ildir artır. 2015-ci ildə nifrət zəmininə cinayətlərin yeddi faiz artdığı bildirilirdi.

Son rəqəmlər nifrət zəminində cinayətlərin azlıqda olan bir neçə qrupu hədəf aldığını göstərir.

Transgenderlərə qarşı cinayətlər 44, ərəblərə qarşı 38, müsəlmanlara qarşı isə 19.5 faiz, qeyri-ağlara qarşı cinayətlərin sayının 17,5, latın amerikalılar əleyhinə isə insidentlərin 15 faiz artdığı göstərilir.

Hesabatda yəhudilər əleyhinə insidentlərin üç faiz artdığı, qaradərililərə qarşı nifrət zəminində cinayətlərin isə 0.3 faiz azaldığı deyilir. Asiyalılara qarşı insidentlərin isə əvvəlki səviyyədə qaldığı göstərilir.

FBI “irqi, etnik mənsubiyyəti mənşəyi, dini, seksual mənsubiyyəti, əlilliyi, genderi və gender kimliyi” ilə əlaqədar motivlərlə törədilmiş cinayət hallarını nifrət zəminində cinayət olaraq müəyyən edir.

Agentlik nifrət zəminində cinayət hallarının qeydiyyatını 1992-ci ildən başlayaraq aparır.

Keçən ildən etibarən FBI ərəblər, hindlilər və sikhlərə qarşı nifrət zəminində cinayət hallarını da statiskiya daxil etməyə başlayıb.

Agentliyin nifrət zəminində cinayətlərlə bağlı statistik rəqəmlərinin təxminən bir il geri qaldığı və Amerikada bu zəmində insidentlərin miqyasını əks etdirmədiyi hesab edilir.

San Bernardirnoda Kaliforniya ştat universitetinin rəqəmləri 2017-ci ildə ABŞ-ın əsas şəhərlərində nifrət zəminində cinayətlərin artmaqda davam etdiyini göstərir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG