Cümə axşamı sabiq FBI direktoru Ceyms Komi büronun müstəqilliyi ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri təkrar etdi.
“FBI dürüstür. FBI güclüdür. FBI müstəqildir və həmişə müstəqil qalacaq.”
Bu məsələ Kominin prezident Donald Trampla bağlı ifadələrində hamını narahat edən mövzu idi.
İstər Trampın sabiq FBI rəhbərindən loyallıq istəməsi, istərsə də onun sabiq milli təhlükəsizlik müşaviri ilə bağlı təhqiqatının dayandırması tələbi… Komi bir şeyi aydın ifadə etdi – Tramp uzun illər ərzində prezidentlərin FBI-ın işinə müdaxiləsinin qarşısını alan ənənə üçün təhlükədir.
Halbuki, bu ənənə həmişə mövcud olmayıb.
Əslində, ABŞ prezidentləri bir neçə onillik ərzində FBI ilə çox yaxın işləyiblər.
Məsələn, büroya 50 ilə yaxın rəhbərlik edən Edgar Huver dövründə.
“FBI o zamanlar faktiki olaraq, Ağ Evin siyasi kəşfiyyat qanadı olub. Büronun xarici siyasət, siyasi böhran tənqidçiləri haqqında məlumatların toplanılması, onların gözdən salınması ilə məşğul olduğu vaxtları olub.”
Ədliyyə Nazirliyinin FBI-ın fəaliyyəti və Ağ Evlə münasibətlər haqqında qaydalar müəyyən edəndən sonra bu dəyişdi.
“Ədliyyə Nazirliyinin qaydalarına görə yalnız Baş Prokuror və ya onun müavini Ağ Ev ilə danışıqları başlada bilər. Bu artıq qəbul edilmiş bir standartdır.”
Bu səbəbdən prezidentin FBI direktorunundan hansısa təhqiqatı durduması tələbi qeyri-adi hadisə hesab edir.
Amma, burada bir məqam var. Ədliyyə Nazirliyinin qaydaları qanun deyil. Onlar sadəcə qaydalardır.
Tramp ilə vəziyyəti məhz bu məqam mürəkkəbləşdirir.
Sual Trampın hərəkətlərinin qaydalara yoxsa qanuna zidd olmasındadır.
Amerikan Universitetindən Kris Edelson bunu deməyin çətin olduğunu bildirir.
“İkinci problem ondadır ki, bu siyasi məsələdir. Bu məsələdə cinayət tərkibi olsa da, olmasa da, indiki Ağ Evin səriştəsi ciddi sual altındadır.”
Trampın vəkili Kominin ifadələrini təkzib edib. Buna baxmayaraq, ifadələr Tramp administrasiyası üçün problemlər yaratmaqda davam edəcəyi görünür.