ABŞ Senatı çərşənbə axşamı Kristofer Reyi FBI-nın yeni rəhbəri vəzifəsinə təsdiq edib.
Keçən ay Rey Senatın Ədliyyə Komitəsində dinləmələr zamanı bildirmişdi ki, öz işini ABŞ qanunlarına sadiq qalaraq görəcək və onu dəstəkləyənlər buna əmin ola bilərlər.
Konnektikut ştatından senator Riçard Blumental qərara münasibət bildirərək qeyd edib ki, FBI dürüst və güclü bir liderə layiqdir. Mənim fikrimcə, cənab Rey də məhz bu cür liderdir. Bu keyfiyyətlər xüsusilə vacibdir, çünki heç vaxt bizim qanunvericiliyimiz və hüquq-mühafizə orqanlarımız indiki qədər hakimiyyət tərəfdən təhdid olunmamışdı.
Kristofer Rey keçənilki prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə əlaqədar istintaqı aparan, sələfi Ceyms Komeyin prezident Tramp tərəfindən işdən çıxarılmasından sonra 3 aydan az bir müddətdə bu vəzifəyə təyin olunub.
Federal Təhqiqatlar Bürosuna direktor 10 il müddətinə seçilir və ondan tərəfsiz, obyektiv olunması tələb olunur.