Nyu Yorkda yeləşən dükanın sahibi Hatəm Əl-Qamasi səhərlər burada yaşayanlarla ilk salamlaşan, gecələr isə ən son sağollaşan sakinidir.
Yerlilər onu Timmi kimi tanıyır. Lakin, Nyu Yorkdan 9 min kilometr şərqdə yerləşən Misirin tamaşaçıları üçün Hatəm ABŞ-ın xarici siyasəti və Yaxın Şərq əlaqələri üzrə mütəxəssisləşmiş televiziya analitikidir.
Hatəm keçən il prezident seçkilərindən öncə keçirilən rəy sorğuları zamanı Klintonun açıq-aşkar üstün olmasına baxmayaraq Trampın seçiləcəyini təxmin etdiyi üçün Misir televiziyası tərəfindən diqqətləri öz üzərinə çəkmişdi. Qısa müddət sonra daimi mütəxəssisə çevrilən Hatem dükanın arxasındakı kiçik otaqdan reportajlar hazırlamağa başlayıb.
Sentyabr ayında New York Times-da çıxan məqalədən sonra Misir və Yaxın Şərqdəki mətbuat orqanlarının El-Qamasini "sandviç oğlan" adlandırmağa başlaması ona pis təsir etdi və o özünə inamını itirdi. Bundan sonra Hatəm TV-dəki çıxışlarını dayandırdı.
Əl-Qamasi televiziyada çıxışlarını dayandırsa da dükanında işləyə-işləyə oxumağı, yazmağı və ya siyasi araşdırmağı dayandırmayıb. Özünü ümidsiz hiss elədiyi vaxtlarda o ruh yüksəkliyi üçün Paulo Kuelyonun Kimyagər əsərini oxuyur.
Gələcək yeni imkanları olub-olmayacağından asılı olmayaraq Əl-Qaması bildirir ki, o dünyanın ən möhtəşəm şəhərində kiçik biznesə sahib olmaqla artıq özü uğuruna imza atıb.