A look at the best news photos from around the world.
Günün fotoları
1
Myanma - Mandalay şəhərində nümayişçilər üzərində həbsdə olan lider Aung San Suu Çinin şəkli olan nəhəng plakatın qarşısında oturaraq çevriliş əleyhinə etiraz aksiyası keçirir.
2
Myanma - Polis və təhlükəsizlik qüvvələrinin fevralın 1-də baş vermiş çevrilişə etiraz edən nümayişçilərə atəş açması nəticəsində ölən gənc etirazçı Mya Thvet Khinenin tabutu Naypyitav şəhərinin qəbiristanlığına aparılır.
3
Hindistan - Fermerlər və kənd təsərrüfatı işçiləri ölkənin şimalındakı Pəncab ştatında Barnala şəhərində fermerlik qanunlarına qarşı keçirilən mitinqdə iştirak edirlər.
4
Tunis - Doktor Məhəmməd Salah Siala ölkənin şərqində Sfaks şəhərinin xəstəxanasında COVID-19 xəstəliyinə tutulmuş xəstələrin müalicə edildiyi palatada xəstələr üçün skripkada musiqi ifa edir.