Accessibility links

Qubad İbadoğlu: FED-in ilin sonuna gözlənilən qərarının manata təsiri indikindən yüksək olacaq


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) sentyabrın 20-21-də keçirdiyi toplantısında gözləniləntilər doğrulub. Əvvəlcədən proqnozlaşdırıldığı kimi uçot dərəcələri qaldırılmayıb.

Buna baxamayaraq, FED-in direktoru Canet Yellen bildirib ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur.

“Lakin hələ ki, gözləməyə qərar verdik, çünki, iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac var”, o qeyd edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, 2016-cı ilin iyun ayından başlayaraq ABŞ-da işsizlik səviyyəsi demək olar ki, dəyişməz qalıb, cəmisi 4.9 faiz təşkil edib.

“Bu may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da, bu ilin yanvar ayı ilə eynidir. İnflyasiyaya gəlincə, bu ölkədə avqust ayında illik inflyasiya 1,83 faiz təşkil edib, bu, ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır”, ekspert qeyd edib.

FED-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 1-2 noyabr və 13-14 dekabrda iki toplantısı nəzərdə tutulur.

“Böyük ehtimalla bundan sonrakı iki toplantıdan birində uçot dərəcənin artırılmasına qərar veriləcək. Çox güman ki, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FED-in direktoru Canet Yellen bəyanata çıxış edəcək”.

Qubad İbadoğlu hesab edir ki, FED-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq.

“Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki, ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları, eləcə də dövlət büdcəsinin xərcləmələrinin çoxalması bazara təzyiqi kəskin artıracaq”, ekspert bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG