Accessibility links

Federal Apellyasiya Məhkəməsi ABŞ-a səyahət barədə qanunu qismən təsdiqləyib


ABŞ-ın Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın bir neçə ölkədən vətəndaşların Birləşmiş Ştatlara səyahət etmələrinə məhdudiyyət tətbiq etməsinə dair qərarını qismən təsdiqləyib.

Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi Amerikada yaşayan şəxs və ya təşkilatla əlaqəsi olmayan şəxslərin ölkəyə daxil olmasına qadağa tətbiq edilə biləcəyi haqda qərar çıxarıb.

Səyahət qadağası barədə qərar Suriya, Liviya, İran, Yəmən, Çad, Somali, Şimali Koreya və Venezuela-dan ABŞ-a səyahət edən insanlara şamil ediləcək.

Bu, Tramp administrasiyasının səyahət məhdudiyyəti barədə təklif etdiyi qanunun üçüncü versiyası idi. Ötən ay Havay və Merilend ştatlarından iki qanunverici tərəfindən bu qanunun qüvvəyə minməsinin qarşısı alınmışdır.

XS
SM
MD
LG