Accessibility links

Federal hakim Trampın mühacirətlə bağlı sərəncamına əməl olunmasını müvəqqəti dayandırıb


Nyu Yorkda Con Kennedi aeroportunda Trampın sərəncamına etiraz aksiyası

Federal məhkəmə ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatlara yeddi müsəlman ölkəsindən vətəndaşların daxil olmasına qadağa ilə bağlı sərəncamının icrasına müdaxilə edib. Sərəncamın imzalanmasından sonra qaçqınlar, yaşıl karta (ABŞ-da daimi yaşayış icazəsi təmin edən sənəd-red.) malik olan şəxslər, tələbələr və işçilərin Amerikanın hava limanlarında saxlanması və Birləşmiş Ştatlara uçuşlara buraxılmaması təlaş doğurub.

Şənbə günü Nyu Yorkun dairə hakimi Enn Donnelli ABŞ aeoroportlarında etibarlı viza ilə endikdən sonra saxlanmış şəxslərin deportasiya edilməsinə müvəqqəti qadağa qoyan fövqəladə order imzalayıb. Qərara əsasən, qaçqın statusu almaq üçün təsdiq edilmiş sənədləri olan şəxslərin saxlanması qadağan edilir. Donnelli bildirib ki, "prezidentin sərəncamında nəzərdə tutulan ölkələrdən qaçqınlar, vizaya malik olanlar və başqa şəxslərin qaytarılmasına möhlət qoyulmadan çox böyük və bərpa edilə bilməyəcək bir zərər dəyəcəyi kimi birbaşa təhlükə mövcuddur".

Prezident Trampın sözçüsü Boris Epşteyn bazar günü Fox and Frends proqramında deyib ki, məhkəmə qərarı sərəncamın təsirinin "heç bir şəkildə" qarşısının alınması demək deyil.

Con Kennedi beynəlxalq hava limanında Donald Trampın mühacirət məhdudiyyətlərinə dair sərəncamına etiraz
Con Kennedi beynəlxalq hava limanında Donald Trampın mühacirət məhdudiyyətlərinə dair sərəncamına etiraz

Epşteyn bildirib ki, sərəncam hazırkı qanunvericiliyə riayət olunmasını təmin edir.

"Qrin kartı olan şəxslər əgər xaricdədirlərsə, bu yeddi ölkədən birində-cəmi yeddi ölkədir-onlar təhlükə törətmədiklərinə əmin olmaq üçün ciddi yoxlamadan keçə bilsələr ölkəyə daxil ola biləcəklər"-deyə o bildirib.

Qrin kartı olan şəxslər əgər xaricdədirlərsə, bu yeddi ölkədən birində-cəmi yeddi ölkədir-onlar təhlükə törətmədiklərinə əmin olmaq üçün ciddi yoxlamadan keçə bilsələr ölkəyə daxil ola biləcəklər.
Boris Epşteyn

ABŞ -ın Daxili Təhlükəsizlik nazirliyinin bazar günü açıqlanan bəyanatda "məhkəmə qərarlarının icra ediləcəyi" bildirilib. Lakin bəyanatda eyni zamanda deyilir ki, "Birləşmiş Ştatlara daxil olan şəxslərin bizim ölkəmiz, ya da Amerika xalqına təhlükə törətmədiyinə məin olmaq üçün prezidentin sərəncamı da icra ediləcək".

Federal rəsmilərin bildirdiyinə görə, Trampın cümə günü Ağ Evdə sərəncamı imzalamasından sonra ABŞ-ın hava limanlarında azə 170 nəfər saxlanılıb.
Tramp qərarın müsəlmanlar əleyhinə mahiyyəti daşıdığı haqda şərhləri rədd edib. Mühacirətlə bağlı yeni qanunlar Birləşmiş Ştatlar üçün təhlükə hesab edilən yeddi ölkənin vətəndaşlarına şamil olunur. Bu ölkələrin əhalisinin əksəriyyəti müsəlmanlardır.

Prezident özünün @realDonaldTramp Tvitter səhifəsində ölkənin güclü sərhədlərə ehtiyacı olduğunu yazıb: "Baxın, Avropada nələr baş verir, elə dünya da xaos içindədir!"

ABŞ-ın Nyu York, Vaşinqon, San Fransisko və başqa şəhərlərinin hava limanlarında insanlar mühacirət məhdudiyyətlərinə etiraz aksiyaları keçirib. Vəkillər, o cümlədən, Amerika vətəndaş azadlıqları ittifaqının hüquqşünasları aeroportlara gələrək, saxlanılan şəxslərə hüquqi yardım göstərməyə çalışıblar.

NBC televiziyasının müxbiri Çak Todd Ağ Evin aparatının rəhbəri Reyns Pribusla Mətbuatla görüş (Meet The Press) proqramında müsahibə zamanı ona administrasiyanın yeni qaydaların öyrəniləməsi məqsədilə mühacirət orqanlarınının rəsmilərinə sərəncamın icrası üçün 72 saatlıq vaxt verməsi haqda sual verib.

"Mən belə bir müddət verilməli olduğunu düşünmürəm. Çünki Amerikaya qarşı pis əməllər törətmək istəyən şəxslər ölkəyə bu möhlətin bitməsindən əvvəl daxil olmaq üçün səfər planlarını iki gün əvvələ çəkəcəklər"-deyə Pribus bildirib.

"Bilirsinizmi, heç bir xaos olmayıb. Əslində, dünən Birləşmiş Ştatlara 350 min adam daxil olub və 190 nəfər bundan sonra dindirilmək üçün saxlanılıb. Bu adamların çoxu buraxılıb. İyirmidən çox şəxs hələ də saxlanılır və mən güman edirəm ki, onlar dəhşətli insanlar deyillərsə, bu gün ərzində onlar da buraxılacaq"-deyə Pribus bildirib.

XS
SM
MD
LG