Accessibility links

Federal məhkəmə Trampın immiqrantlarla bağlı qərarını əngəlləyib


Kaliforniya Universitetində Trampın immiqrasiya ilə bağlı qərarına etiraz edir
Kaliforniya Universitetində Trampın immiqrasiya ilə bağlı qərarına etiraz edir

ABŞ-ın federal hakimi Tramp administrasiyasına valideynləri tərəfindən qanunsuz şəkildə ölkəyə gətirilən yüz minlərlə gənci deportasiyadan qoruyan DACA proqramını qüvvədə saxlamağı əmr verib.

Prezident Donald Tramp sentyabr ayında Gənc Yaşda Gələnlər Müstəsna Aktı (DACA) proqramını dayandıraraq, 800 mindən çox immiqrantın hüquqi statusunu müəyyən etmək üçün Konqres 6 ay vaxt vermişdi.

Kaliforniyanın federal hakimi çərşənbə axşamı proqramın davam etdirilməsinin cəmiyyətin maraqlarına xidmət etdiyini əsas gətirərək Kaliforniya Universiteti də daxil olmaqla bir qrup şəxs və təşkilatın lehinə qərar verib.

Məhkəmənin qərarı Trampın əsas qanunvericilərə DACA ilə bağlı razılaşdırılan istənilən qanunu imzalayacağını deməsindən bir neçə saat sonraya təsadüf edib.

“Mən həmçinin DACA proqramından sonra ediləcəkləri düşünürəm və mən inanıram ki, biz uğurlu olacağıq. Mən həqiqətən düşünürəm ki, biz ümumən immiqrasiya məsələsi ilə bağlı uzunsürən həll yolu tapmalıyıq.” – deyə, Donald Tramp bildirib.

Tramp DACA proqramını sonlandıra bilsə belə o, ABŞ-ı öz evi kimi tanıyan gənc immiqrantların öz ehtiramını səsləndirir.

Çərşənbə axşamı keçirilən görüşdə Tramp qanunvericilərə “sevgi qanunu” hazırlamalı olduqlarını deyib.

XS
SM
MD
LG