Accessibility links

Fəhlələr intihara cəhd edib


Tikilməkdə olan bima
Tikilməkdə olan bima

Bakıda Azərbaycan prospektinsdə yeni tikilməkdə olan 12 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar edəcəklərini bildirən 6 şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıb. Bu barədə FHN-nin mətbuata xidmətindən Amerikanın Səsinə bildiriblər.

Belə ki, tikintidə işləyən fəhlələr əmək haqlarının vaxtında ödənilməməsinə etiraz olaraq intihara cəhd edib. Tikinti şirkətinin rəhbəri fəhlələrin əmək haqqını ödəyəcəyinə söz verib.

İntihara cəhd etmək istəyənlər dindirilmək üçün polis bölməsinə aparılıb.

XS
SM
MD
LG