Accessibility links

Fəlakət zonası - Mosul [Video]


Fəlakət zonası - Mosul
please wait

No media source currently available

0:00 0:01:42 0:00

İraq və koalisiya qüvvələri İslam Dövləti qrupunun Mosulun qərbindəki son istinadgahı üğrunda döyüşməyə davam edərkən, əsgərlər deyir ki, ən çətin döyüşlər hələ irəlidədir.

Qərbi Mosul uğrunda döyüş nəticəsində burada hər şey dağılıb və demək olar, heç bir ailə qalmayıb.

Mülki vətəndaşlar Mosuldan qaçır
Mülki vətəndaşlar Mosuldan qaçır

İki gün öncəyədək İslam Dövləti militantları gizlənərək, bir evdən o biri evə divarda açdıqları deşiklərdən keçərək əraziyə nəzarət edirdi. İndi isə İraq əsgərləri bu deşiklərdən İŞİD-in snayper açdığı atəşinin qarşısını almaq üçün istifadə edir.

Ailələr deyir ki, onlar da son günlərdə bu deşiklərdən qaçmaq üçün istifadə edib. Onların çoxu qızmar səhralardakı qaçqın düşərgələrinə yerləşib.

İraq ordusu deyir ki, İŞİD-i şəhərdən tamamən qovmaq üçün ələ keçirilməli olan ən son ərazi Mosulun Köhnə Şəhəridir.

Lakin Köhnə Şəhəri ələ keçirmək düşünüldüyündən də çətin ola bilər. Yaxın günlərdə Köhnə Şəhərin İraq ordusu tərəfindən tamamilə müsadirə ediləcəyi gözlənilir.

Mosul
Mosul

Əsgərlər deyir ki, əsl döyüşlər bundan sonra başlayacaq.

İŞİD-in ən yaxşı döyüşçüləri şəhərdə qalıb. Çoxlarının ailələri də Köhnə Şəhərdədir.

Rəsmilər ümid edir ki, axır-əvvəl Köhnə Şəhərdə ilişib qalan İŞİD militantların sursatları bitəcək. Amma şəhərdə eşidilən atəş səslərindən belə görünür ki, militantlar geri çəkilməyəcək.

İŞİD-in nəzarət etdiyi ərazilərdə hələ də yüzlərlə insan qalıb. Oradan qaçan ailələr isə deyir kiŞ çox insan susuz və yeməksizdir. İraq və koalisiyanın cəld hücumu bu ailələrin həyatlarını təhlükəyə ata bilər. Amma hücum yubadılsa da, insanlar aclıq çəkə bilər.

XS
SM
MD
LG