Accessibility links

Fələstinin BMT-də statusu səsə qoyulur


Bəzi Avropa ölkəsi Fələstinin BMT-dəki diplomatik statusuna dəstək verəcəyini bildirib.İspaniya, Danimarka və İsveçrə Fələstinə müsbət səs verəcəklərini bəyan edib.

Rusiya və Çin də Fələstini dəstəkləyəcəyini deyir.

Dəstəklənməsi Fələstin Beynəlxalq Cinayət Məhkəməsi kimi BMT-nin agentliklərinə müraciətini təmin edəcək.

ABŞ və Almaniya kimi öılkələr isə Fələstinin müraciətinə “yox” deyəcəklərini bildirir.

Britaniya Fələstinin statusunu şərtlə dəstəklədiyini deyir. Bu şərtlərə İsraillə müzakirələr aparılması və İsrailin beynəlxalq məhkəmələrə çəkilməməsi daxildir.

Avstraliya bitərəfliyini bəyan edib.

BMT-yə üzv ölkələrin üçdə iki hissəsi Fələstini müstəqil dövlət kimi tanıyır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG