Accessibility links

Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq istədiyini bildirib


Fələstin prezidenti Mahmud Abbas İsrailə qarşı müharibə cinayətləri ittihamını irəli sürmək üçün rəsmi şəkildə Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olmaq istəyini elan edib.

BMT Təhlükəsizlik Şurası Fələstin dövlətinin tanınmasına dair qətnaməni rədd etdiyindən sonra, bu gün Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin legitimliyini qəbul etdiyinə dair saziş imzalayıb.

Cənab Abbas fələstinlilərin ölkələrinə qarşı törətdiyi təcavüzə görə İsraildən şikayət vermək istədiklərini bildirib.

İsrail baş naziri Benjamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsindən tələb olunacaq hər hansı istəyə qarşı qisas alınacağını bildirib.

ABŞ Fələstinin bu addımının əks-təsir yaradacağını və müstəqil Fələstin dövlətinin yaranmağına kömək etməyəcəyini bildirib.

XS
SM
MD
LG