Accessibility links

Fransa qanunvericiləri Fələstinin dövlət kimi tanınması məsələsini səsə qoyub


Bu gün Fransa qanunvericiləri Fələstin dövlətinin hökumət tərəfindən tanınması məsələsini səsə qoyub.

Gözlənildiyi kimi qərar Milli Assambleyanın solçuların əksəriyyət təşkil etdiyi aşağı palatasında müsbət səs əldə edib. Qanunvericlərin 339-u müsbət səs verib, 151-i isə Fələstinin tanınmasını rədd edib.

Yaxın Şərq münaqişəsinin sona çatdırılmasına çağıran sənədin çəkisi olmasa da, bu, fələstinlilərə dəstək mahiyyəti daşıyır.

Səvermə həm də sülh prosesində inkişaflarla bağlı narazılıqlar və İsrailin siyasətinə qəzəbi əks etdirir.

Səsvermədən əvvəl keçirilən debat zamanı Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir deyib ki, Yaxın Şərqdə sülh zorakılıqların baş qaldırması riski ilə bu qədərəcədə təhlükədə olmayıb. O, virtual Fələstin dövləti üçün simvolik səsvermə deyil, Fransanın sülh şəraitində iki dövlət variantını dəstəklədiyini bidlirib.

Britaniya, İrlandiya və İspaniya parlamentləri də eyni mövqedən çıxış edib. Bu ölkələrin qanunvericiləri Fələstin dövlətinin taınmasına simvolik səs versə də, İsveç ilk Avropa İttifaqı ölkəsi kimi Fələstini rəsmən tanıyıb.

Lakin səsvermə mübahisələrə səbəb olub. Fransanın əsas müxalifət partiyası UMP təklifə mənfi səs verib. Partiyanın lideri Kristian Ceykob məsələnin səsə çıxarılmasının Yaxın Şərqdə alova yağ tökülməsi kimi qiymətləndirib. O deyib ki, Fələstinin simvolik tanınmasl heç nəyi həll etmir, əksinə gərginlikləri dərinləşdirir.

İsrailin Parisdəki səfirliyi səsverməni yanlışlıq kimi qiymətləndirərək, Fransa hökumətinin münaqişənin pozitiv yolla həllinə dair mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

Avropanın ən böyük yəhudi və müsəlman icmasına vətən olan Fransada minlərlə insan İsrailin Qəzzaya qarşı kampaniyası əleyhinə nümayişlər təşkil edilir.

Simvolik səsvermə digər məsələlərdə də rezonans yaradıb. Ötən ay İsrailin ən böyük ticarət partnoyu olan Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Frederika Moqerini İsrailə səfəri zamanı Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirmişdi.

XS
SM
MD
LG