Accessibility links

Mahmud Abbas ABŞ və İsraillə gərgin münasibətlər fonunda yeni strategiya axtarır


Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas İsrail, Birləşmiş Ştatlar və Həmasla gərginliklərin artdığı fonda yeni siyasəti müzakirə etmək üçün bu ayın sonunda "Fələstin Azadlıq Təşkilatı" və "Fətah”la görüşməyi planlaşdırdığını bildirib.

Sentyabr ayında Birləşmiş Ştatlar Dövlət Departamenti kifayət qədər dəlil olmadığını deyərək, fələstinli qaçqınlara yardım edən BMT agentliyinə maliyyə dəstəyini dayandırılacağını bildirmişdi.

Mahmud Abbasın yeni strategiya ilə bağlı açıqlaması danışıqların dayandırılmasından sonra Həmasa ultimatum verməsindən bir neçə gün sonraya təsadüf edir. Mahmud Abbas Həmasa ya bu ayın sonuna qədər Qəzza Zolağının nəzarətini Fələstin rəhbərliyinə təhvil verməli olduğu, ya da təşkilatın bölgəyə gələn yardımının dayandırılacağını deyib.

Fələstin eləcə də Misirin onun iştirakı olmadan İsraillə Həmas arasında barışığa vasitəçilik edə bilməsi nəticəsində təşkilatın nüfuzunun azala bilməsindən ehtiyat edir.

XS
SM
MD
LG