Accessibility links

ABŞ fələstinlilər üçün nəzərdə tutulmuş iqtisadi yardımın 200 milyon dollardan çoxunu kəsib


Tramp administrasiyası fələstinlilərə iqtisadi yardımın 200 milyon dollardan çox hissəsini kəsib.

Administrasiyanın rəsmiləri cümə günü bildiriblər ki, qərar regiondakı layihələri gözdən keçirəndən və həmin layihələrin ABŞ milli maraqlarına uyğun olub-olmadığını təhlil edəndən sonra verilib.

Dövlət Departameninin yüksək vəzifəli rəsmisi bildirib ki, vəsait daha yuxarı prioritet layihələrə sərf ediləcək.

Rəsmilərin dediyinə görə, qərar zamanı Hamasın əraziyə humanitar yardım səylərinə yaratdığı maneələr də nəzərə alınıb.

İsrail bildirir ki, iqtisadi blokada Hamasın geri çəkilməsi üçün əhımiyyətlidir.

Bu qərar İsrail-Fələstin münaqişəsnin sülh yoluyla həllinə çalışan qruplar arasında tənqidə səbəb olub.

XS
SM
MD
LG