Accessibility links

Co Bayden İsrail lobbisinə: İran atom bombası əldə etməyi planlaşdırmır


ABŞ vitse prezidenti Co Bayden İsrailpərəst lobbi təşkilatını əmin edib ki, İran nüvə silahı inkişaf etdirməyi planlaşdırmır.

Bazar günü Amerika İsrail İctimai Əlaqələr Komitəsi ilə görüşü zamanı Bayden bildirib ki, İran bir il keçmişlə müqayisədə nüvə silahı inkişaf etdirməkdən xeyli uzaqdır

Vitsə prezident təşkilatın üzvlərinə bildirib ki, ABŞ İranı daim nəzarətdə saxlayır.

Bayden həmçinin İsraili Yaxın Şərq problemində yeganə yolun iki dövlət arasında razılığın əldə olunmasından keçdiyini bildirb.

"İsrailin yəhudi və demokratik dövlət olaraq gələcəyini və təhlükəsizliyini tənmin etməyin yeganə yolu iki dövlət prinsipinin qəbulundan keçir," deyə Co Bayden bildirib.

Fələstinlilər yəhudi yaşayış məntəqələrinin gələcək Fələstin torpaqlarında qurulmasından narahatlıqlarının artdığını bildirirlər.

XS
SM
MD
LG