Accessibility links

Fələstin prezidenti ABŞ səfirini "it oğlu" adlandırıb


Fələstin prezidenti Mahmud Abbas Donald Trampın siyasətini tənqid edərək, ABŞ -ın İsraildəki səfirini "it oğlu" adlandırıb.

Fələstin lideri səfir Devid Fridmanı İordan çayının qərb sahilindəki torpaqların İsrailə məxsus olduğunu müdafiə etməkdə günahlandırıb.

"Prezident Tramp administirasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini bu şəhərə köçürməsi barədə qərarı, daha sonra BMT tərəfindən edilən yardımların kəsilməsi, Tel-Əvivdəki səfir Deyvid Fridman da daxil olmaqla, bir çox amerikalı rəsmilərin İsrailin öz torpaqlarını qurduqlarını söyləməsi yanlışdır. İt oğlu. Öz torpaqlarında?! O, Amerikanın səfiridir, biz ondan başqa nə gözləyə bilərik?!” - deyə, Mahmud Abbas bildirib.

Dövlət Departamentinin sözçüsü prezident Abbasın şərhlərini çirkin və yararsız adlandırıb.

Heter Nauert bildirib ki, ABŞ Fələstin hökumətini xalqının həyatını yaxşılaşdırmağa və öz səylərini sülhün əldə olunması istiqamətinə yönəltməyə çağırır.''

Mahmud Abbas hökuməti ilə Tramp administrasiyası arasındakı münasibətlər Ağ Evin dekabr ayında Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra pisləşməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG