Accessibility links

İslamçı yaraqlılar Suriyada Fələstin qaçqın düşərgəsini ələ keçirib


Suriyada İnsan Haqlarının Monitorinqi qrupunun bildirdiyinə görə, islamçı yaraqlılar paytaxt Dəməşq yaxınlığındakı Fələstin qaçqın düşərgəsini ələ keçirib.

İslam Dövləti və Əl-Nüsrə Cəbhəsinin döyüşçüləri Yarmuk düşərgəsinin 90 faizinə nəzarət edir.

Bu arada BMT rəsmiləri Suriya qüvvələrinin də qaçqın düşərgəsini atəşə tutduğunu bildirib.

Zorakılıqlar əksəriyyəti uşaq olmaqla 18 min qaçqının düşərgədə ilişib qalmasına yol açıb.

Yarmuka qarşı hücumu pisləyən BMT bunun son iki ildə onsuz da mühasirədə yaşayan qaçqınların vəziyyətini ağırlaşdırdığını bildirib.

Fələstinin nəzarət etdiyi bu düşərgədən 2012-ci ildə döyüşlər səbəbi ilə minlərlə insan Livan və İordaniyaya qaçmağa məcbur olub.

ABŞ Dövlət Departamenti də Yarmuka qarşı hücumu qınayıb.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG