Accessibility links

“Azərbaycan Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin həllinin tərəfdarıdır”


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”, o qeyd edib.

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Amerikanın Qüdsün İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib.

Donald Tramp deyib ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyinin İsrailin paytaxtına köçürülməsinə hazırlıq görülür.

“Qüds 3 ən böyük dinin ürəyi olmaqdan əlavə, dünyanın ən uğurlu demokrasiyasının da beşiyidir. Son 70 il ərzində İsrail xalqı yəhudi, müsəlman və xristianların din azadlığını təmin edən bir ölkə qurub”, prezident bildirib.

O, Amerikanın İsrail və fələstinlilər arasında sülh razılığı əldə etmək öhdəliklərinə sadiq qaldığını bildirərək, belə bir razılığın əldə edilməsinə nail olmaq üçün hər şeyi edəcəyinə vəd verib.

Ərəb və müsəlman ölkələri belə bir mübahisəli qərarın regionda gərginlikləri artırmaqla yanaşı, Amerikanın İsrail-Fələstin sülh razılığı şanslarını viran etdiyini bildirir.

Fələstinlilər prezident Trampın qərarına etiraz olaraq 3 günlük "Qəzəb günləri" keçirilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG