Fələstinlilər İsa peyğəmbərin anadan olduğu yer hesab edilən İordan çayının Qərb sahilindəki tarixi Bethelem şəhərində Milad bayramını qeyd etməyə hazırlaşır.
Bazar günü təntənələri prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanııması qərarına etirazlar fonunda keçirilir.
Vatikan rəsmiləri İsa Məsih kilsəsində gecə yarı dua mərasiminin keçirilməsindən öncə İsrailin Qüdsdəki hərbi yoxlama məntəqəsindən keçiblər.
Yüzlərlə yerli sakin və xarici turist Milad ağacını daşıyan fələstinlilərin yürüşünə tamaşa edib. Bu il Milad dekorasiyalarını Trampın Qüdslə bağlı qərarına etiraz məzmunlu plakat müşayiət edir.
Mer Anton Salman Milad bayramının təntənəli əhval-ruhiyyədə keçəcəyinə ümid bəslədiyini bildirib. “Biz həyatı sevən, azadlığımıza layiq olan, müstəqilliyimizə və Qüdsün paytaxtımız olmasına layiq olan insanlar olduğumuzu göstərmək istəyirik”, o bildirib.