Accessibility links

İraq rəsmisi: "Fəlluca tam azaddır"


İraqın yüksək vəzifəli rəsmisi bildirib ki, 1 aydan artıqdır davam edən hərbi əməliyyatlardan sonra İraq qüvvələri Fəlluca şəhəri İŞİD döyüşçülərindən tamamilə azad edib.

General-leytenant Əbdül-Vahab Əl-Saadinin sözlərinə görə, İraq qüvvələrinin İŞİD-in nəzarətindəki sonuncu məhəllə olan Julanı da ələ keçirməsi ilə artıq Fəlluca tam azaddır.

Bundan əvvəl rəsmilər şəhərin böyük bir hissəsinin azad edildiyini açıqlamışdılar.

İraq baş naziri Heydər Əl-Abadi cümə günü əminliklə şəhərin azad ediləcəyini bildirmişdi: "Daeş məğlub ediləcək!".

Dünən Fəllucada hərbi əməliyyatlar davam etdirilib. Son günlər şəhərdən azad edilən insanlar sərbəst buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG