İraqın Xüsusi Təyinatlı Qüvvələri bu gün Fəlluca şəhərində əməliyyatları davam etdirərək günün əvvəlindən bəri şəhərin böyük bir hissəsinin İŞİD-dən azad olunduğunu bəyan edib.
"Sizə Fəllucanın geri alınacağını söz vermişdik və biz bunu etdik" - deyə İraqın baş naziri Heydər Əl-Abadi bildirib.
İraq əsgərləri daha əvvəl İŞİD-in regiondakı komandanlıq mərkəzini ələ keçirmişdi. Rəsmilər şəhərin mərkəzindəki hökumət binasının da geri alındığını təsdiqləyib.
Cənab Abadi Twitter vasitəsilə Fəllucanın xalqa qaytarıldığını və növbəti döyüşün Mosul uğrunda olacağını bildirib.
"Daeş məğlub ediləcək" - deyə o, əlavə edib.
İki aya yaxındır ABŞ kəşfiyyat rəsmiləri İŞİD-ın əraziləri ələ keçirəndən bəri ən zəif vəziyyətində olduğunu bildirir.