Denzel Vaşinqton Avqust Vilsonun Pulitzer mükafatına layıq görülmüş “Çəpərlər” tamaşasına əsasən film çəkmək üçün rejissor kreslosuna qayıdıb. İki dəfə Oskar mükafatı alan Denzel Vaşinqton əsərdəki baş qəhrəman rolunu da öz üzərinə götürüb. Afrikalı-amerikalı Troy 1950-ci illərin irqi ayrı-seçkilik dövründə yaşamaq üçün var gücü ilə çalışır.
Zibil toplayan pitsburqlu Troy çirkab içərisindədir. Həyətində həyat yoldaşı və dostu Bono ilə söhbət edən Troy həyatdakı itkilərdən danışır. O, itkinin nə olduğunu yaxşı bilir. Vaxtilə gözəl beysbol oynayan Troyun böyük liqalara keçmək şansı olmayıb. Bunun əvəzində o, küçə süpürür. Kənarda edə bilmədiyini o, evdə edir. Troy ailə başçısının kim olduğunu göstərməyə çalışır. Onun kiçik oğlu Kori ilə münasibəti də yaxşı deyil.
Denzel Vaşinqtonun gözəl ifası onun Oskar mükafatına nominasıyasına yol açdı. Onun oynadığı Troy əsrin ortalarında Amerikadakı irqi ayrı-seçkiliyi nümayiş etdirir.
Aktyor Rassel Hornsbi Troyun böyük oğlu Layanı oynayır. Atasına hörmət tələb edən bu mübariz musiqiçi Amerikanın Səsinə müsahibəsində filmdə afrikalı-amerikalı ailəsində ata ilə oğulun münasibətindən danışıldığını deyir. “O, sevgi istəyir. O, ailə istəyir, O bir ata kimi qəbul edilmək istəyir. Və bir çox qaradərilinin həyatıdır bu. Bu səbəbdən də onlar həyatda sınır və onların beli bükülür.”
Denzel Vaşinqton da Amerikanın Səsinə müsahibəsində bu filmin və filmdəki xarakterlərin irqi açıq şəkildə canlandırdığını deyir. “Bu filmin mövzusu universal bir mövzudur. Burada ağ və qara, ər və arvad, oğul və ata, ana və oğul münasibətləri əsas yer alır.”
Aktyor filmin qəhrəmanı Troy xarakterinin bunlara aid olduğunu deyir. Burada onun dərisinin rəngindən deyil, onun insani xüsusiyyətlərindən danışılır. “Avqust Vilson Amerika tarixində şah əsərini yaradıb və onun bu əsərində iştirak etmək böyük şərəfdir” deyə Denzel Vaşinqton bildirir.
Viola Devis Troyun həyat yoldaşı Rozu Oskara layiq nümayiş etdirir.
Akademiyanın uzun illərdir qaradərililərə məhəl qoymadığına görə təndiq edilməsindən sonra belə, “Çəpərlər” filmi bir neçə Oskara nominasiya edilib. Lakin Rossel Hornsbi aktyorların mükafatlara məhəl qoymadığını deyir.