Accessibility links

Fərhad Məmmədov: Yaxın Şərqdə demokratikləşmə sərhədlər dəyişilmədən həllini tapmalıdır (video)


Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:06:24 0:00

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovla müsahibə

Strateji Araşdırmalar Mərkəzinin direktoru hesab edir ki, İranda baş verən maliyyə və siyasi böhranın Azərbaycana müəyyən təsirləri ola bilər

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın Yaxın Şərq ölkələri və İranla xarici siyasətinin prioritetlərindən danışıb.

Sual: Azərbaycanın Yaxın Şərq ölkələri ilə xarici siyasətinin prioritetlərini necə görürsünüz? Xarici siyasət kursu necə olmalıdır?

Cavab: İlk növbədə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndən sonra dünyada baş verən hadisələrdə daha yaxından iştirak etmək imkanı qazanıb. Məhz bu il ərzində Yaxın Şərqdə baş verən tektanik prosesləri müşahidə edərkən BMT TŞ-nin qərarlarını qeyd etmək lazımdır. Burada Azərbaycan Respublikası Amerika və onun müttəfiqləri tərəfindən təklif edilən qətnamələrin tərəfdarı kimi çıxış edib. Bu da ilk növbədə Yaxın Şərq regionuna aid olan qətnamələrdə özünü biruzə verir. Ümumiyyətlə Yaxın Şərq Azərbaycana tarixən yaxın bir regiondur. Orada həm müsəlman icmaları, ərəb dövlətləri, yəhudi dövləti Azərbaycanla tarixən müttəfiq sayılan dövlətlərdir.

Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, Yaxın Şərqdə cərəyan edən bütün konfliktlər sülh yolu ilə nizamlanmalıdır. Buraya xüsusilə Suriyada cərəyan edən proseslər, Fələstin-İsrail münasibətlərinə dair məsələ və digər mübahisələr də daxildir.

Sual: Amerika rəsmisi bildirib ki, Azərbaycanın BMT TŞ-də Suriya ilə bağlı səsi Amerika üçün çox vacibdir. Azərbaycanın Suriya probleminə münasibətini necə qiymətləndirirsiniz? Çünki bu İran tərəfindən də birmənalı qarşılanmır?

Cavab: ABŞ rəsmisinin bu münasibəti Azərbaycanın Suriya ilə bağlı səsini hansı tərəfdən istifadəsindən irəli gəlir. Digər tərəfdən Azərbaycan Respublikası Suriyada BMT TŞ-nin üzvlərindən (Rusiyanı çıxmaq şərti ilə) səfirliyini sonuncu ana qədər saxlayan yeganə dövlət idi və oradan məlumatlar alırdı.

Bizim əsas fikrimiz ondan ibarətdir ki, ölkələrdə və bu regionda demokratikləşmə prosesi dərinləşməlidir. Amma demokratikləşmə prosesi sərhədlər dəyişilmədən və zorakılıqlar baş vermədən həllini tapmalıdır.

Sual: Bu fonda Azərbaycan-İran münasibətlərinin gələcəyini necə görürsünüz? İrana qarşı sanksiyaların sərtləşdirilməsi Azərbaycanın da mövqeyinə təsir etməyə bilməz.

Cavab: İrana qarşı olan sanksiyalar Azərbaycana çox az təsir edir. Çünki həm İranla Azərbaycan arasında olan ticarət və ümumilikdə iqtisadi münasibətlər sanksiyalardan kənar qalan sahələrdir.

Amma son dövrlər İranda baş verən maliyyə və siyasi böhranın Azərbaycana müəyyən təsirləri ola bilər. Buna baxmayaraq Azərbaycanın daxili və xarici siyasəti ona istiqamətlənib ki, bu ilk növbədə Azərbaycan daxilində cəmiyyətin vahidliyini qorumaqdır. Digər tərəfdən xarici siyasət kursu ilk növbədə qonşu ölkələrdən olan təhdidlərin neytrallaşdırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilir.

İran-Azərbaycan münasibətləri kontekstində Suriya məsələsi o qədər də fəal deyil, ilk prioritetlərdən hesab olunmur. Amma, ümumi kontekstdən onu deyə bilərik ki, Azərbaycan bütün münaqişələrin, o cümlədən öz ərazisində olan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Sual: Eyni zamanda, İranın xüsusi kəşfiyyat orqanlarının Azərbaycan ərazisində terror aktı törətməsi və terrora cəhd etməsi ilə bağlı da faktlar var. Bu faktlar məhkəmələrdə təsdiq olunub. Belə təhdidlərin aradan qaldırılması üçün Azərbaycan-İran siyasətində hansı dəyişikliklər edilməlidir?

Cavab: Azərbaycan İran istiqamətində hər zaman açıq və şəffaf siyasətin tərəfdarı olub. Dəfələrlə bəyan olunub ki, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı təhdid mümkün deyil və bu konkret addımlarla hər dəfə sübut olunub. Digər tərəfdən biz İranla bərabər hüquqlu, qarşılıqlı etimad və xeyir şəraitində olan münasibətlərin tərəfdarıyıq.

İran öz hissəsinə düşən dəmir yolu xəttini axıradək tikmir. Halbuki Rusiya və Azərbaycan öz ərazilərində bu layihənin tikintisini yekunlaşdırıb. Eyni zamanda, biz İran tərəfindən Ermənistana çəkilən dəmir yolunun tam maliyyələşdirilməsini öz üzərinə götürməsini müşayiət edirik. Burada bir sual ortaya çıxır. Mənfəəti güdən bir ölkə səmərəli bir layihəni maliyyələşdirməyib, birtərəfli və depo şəklində fəaliyyət göstərəcək Ermənistan istiqamətində olan dəmir yolu layihəsini maliyyələşdirirsə, bu hansı məntiqdən irəli gəlir?



Misal üçün deyək, Şimal-Cənub nəqliyyat dəhlizi, bu bizim günahımız deyil ki, İran öz hissəsinə düşən dəmir yolu xəttini axıradək tikmir. Halbuki Rusiya və Azərbaycan öz ərazilərində bu layihənin tikintisini yekunlaşdırıb. Eyni zamanda, biz İran tərəfindən Ermənistana çəkilən dəmir yolunun tam maliyyələşdirilməsini öz üzərinə götürməsini müşayiət edirik. Burada bir sual ortaya çıxır. Mənfəəti güdən bir ölkə səmərəli bir layihəni maliyyələşdirməyib, birtərəfli və depo şəklində fəaliyyət göstərəcək Ermənistan istiqamətində olan dəmir yolu layihəsini maliyyələşdirirsə, bu hansı məntiqdən irəli gəlir?

Siz dediyiniz istiqamətdə də İran informasiya kanallarını Azərbaycana qarşı istifadə etməsi də münasibətlərə mənfi təsir göstərir. Buna baxmayaraq Azərbaycan yenə öz xoş məramını ortaya qoyub və İran rəsmilərinə dəfələrlə bəyan edilib. Cəmiyyət tərəfindən də qəbul edilib ki, biz qarşılıqlı anlaşma, bərabər hüquqlu münasibətlərin tərəfdarıyıq.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG