Accessibility links

Fərman Ceyranlı: Mən siyasi məhbusam


 Fərman Ceyranlı
Fərman Ceyranlı

"Mənim fəaliyyətimdə heç bir qüsura yol verməmişəm. Mən siyasi məhbusam".

İyulun 25-də Tbilisi şəhər Məhkəməsində keçirilən prosesdəki çıxışında azərbaycanlı cərrah, Tbilisidəki "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlı belə deyib.

Məhkəmə prosesi haqda AzadlıqRadiosuna cərrahın vəkilləri məlumat veriblər. F.Ceyranlını vəkillər Gela Nikolashvili və Natia Bezhashvili müdafiə edir.

Ceyranlı bildirib ki, ona qarşı irəli sürülən ittihamlar quramadır, ona heç bir aidiyyatı yoxdur. Rəsmi ittihamda qeyd olunan xüsusatlara görə, qətiyyən hüquqi məsuliyyət daşımadığını vurğulayan cərrah sifarişlə həbs olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti onun həbs edilməsini sifariş edə bilərdi. Cərrah həbsindən əvvəl Azərbaycan hökumətinin nəzarətində olan mediada barəsində yayılmış informasiyaları da məhkəmə heyətinə xatırladıb.

F.Ceyranlı məhkəmədən işə ədalətlə baxılmasını tələb edib.

Onun vəkilləri isə cərraha qarşı irəli sürülmüş ittihamlar üzrə çıxış ediblər.

Vəkillərdən Gela Nikolashvili cərraha qarşı irəli sürülən dələduzluq ittihamının əsassız olmasından bəhs edib. Onun sözlərinə görə, ittihamda adı keçən xəstə kassaya ödəniş edib, bununla bağlı ona qəbz də verilib. Həm də xəstə tibb xidməti müqabilində ödəməli olduğu vəsaitin hamısını kassaya keçirməyib.

"Belə olan halda heç bir maliyyə yeyintisindən, dələduzluqdan söhbət gedə bilməz", deyən vəkil söylədiklərini isbat edən sənədləri məhkəməyə təqdim edib. O, müvəkkilinin həbsinin Azərbaycan hökumətinin sifarişi olduğunu vurğulayıb.

Digər vəkil Natia Bezhashvili isə çıxışında xüsusi vurğulayıb ki, cinayət işi materiallarında pozuntulara yol verilib.

"Onu klinikanın direktoru kimi göstəriblər. Halbuku, klinikanın direktoru tamamilə başqa şəxsdir, Fərman Ceyranlı təsisçidir. Təsisçinin isə hansısa xəstəni yoxlamaq hüququ yoxdur", deyən vəkil rəsmi ittihamların yalnız direktora, müalicə həkiminə qarşı irəli sürülə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, təsisçilər ittihamlardakı xüsusatlar üzrə heç bir cavabdehlik daşıya bilməz.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG