Accessibility links

Ferquson şəhərinin küçələrində sakitlik hökm sürür


ABŞ-ın Missuri ştatının Ferquson şəhərində münsiflər məhkəməsinin ağ polis zabitinin qaradərili silahsız yeniyetməni öldürməkdə müqəssir tanımamasından sonra iki sürən iğtişaşlardan sonra sakitlik hökm sürür.

İğtişaşların ikinci günü birinci gecə toplaşmış kütlədən daha az sayda insan şəhərdə etiraz nümayişləri keçirib.

Avqust ayında polis zabiti Darren Uilsonun 18 yaşlı Maykl Braunu güllə ilə vurub öldürməsindən sonra Ferquson şəhərində gərginliklərə yol açıb. Hadisə polis zorakılığı və əsas etibarilə qaradərililərin yaşadığı Sent Luis məhəlləsində irqi ayrı-seçkiliklə bağlı narahatlıqların artmasına gətirib çıxarıb.

Maykl Braunun atası ailənin hadisəyə görə böyük sarsıntı keçirdiyini deyib.

Bu həftənin əvvəli münsiflər məhkəməsi polis zabiti Darren Uilsonun məhkum edilməməsi haqda qərar çıxarıb. O, ABŞ mediasına müsahibədə öz vəzifəsini yerinə yetirdiyini və vicdanının təmiz olduğunu deyib.

Maykl Braunun anası məhkəmənin qərarının ədalətsiz olduğunu bildirib.

ABŞ-ın müxtəlif şəhərlərində keçirilən etirazlar zamanı nümayişçilər Fergusonda baş vermiş insidentdən istifadə edərək, qanunların Afrika mənşəli amerikalılara qarşı ədalətsiz şəkildə tətbiq edildiyi kimi qəbul etdikləri digər halları qeyd ediblər.

XS
SM
MD
LG