Accessibility links

İstanbulda azərbaycanlı iş adamı intihar edib


Fəxrəddin Əliyevin vəsiqəsi
Fəxrəddin Əliyevin vəsiqəsi

Istanbulda yaşayan azərbaycanlı iş adamı, Farko şirkətinin sahibi Fəxrəddin Əliyev yanvarın 22-də atıcılıq poliqonunda çoxsaylı atəş açandan sonra sonuncu gülləni başına sıxaraq intihar edib. Türkiyə mediasının məlumatına görtə, iş adamı yerindəcə keçinib.

Türkiyə mediası Fəxrəddin Əliyevin Azərbaycanın İstanbuldakı Baş Konsulluöunun əməkdaşı olduğunu yazır.

Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə bildirib ki, Fəxrəddin Əliyev Xarici İşlər Nazirliyi sistemində ümumiyyətlə çalışmayıb.

İntiharın səbəbləri bəlli deyil, Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Türkiyə mediası Fəxrəddin Əliyevin İslam Konfransı Gənclik Forumunun üzvü olduğunu da bildirlir.

XS
SM
MD
LG