Accessibility links

Əfqanıstanda ilk qadın polis rəisi təyin edilib


Əfqanıstanda ilk dəfə olaraq beş uşaq anası, 50 yaşlı qadın mahal polis rəisi təyin edilib.

Polkovnik Cəmilə Bəyaz bu təyinatın zorakılıqların sarsıtdığı bu ölkənin tərəqqisi demək olduğunu deyib.

Cəmilə Bəyaz bundan əvvəl Kabilin prezident sarayının, nazirliklərin, mərkəzi bank və ticarət mərkəzlərinin yerləşdiyi Birinci Mahalda polis rəisi vəzifəsində çalışırdı. İş yerində polkovnik Bəyazı çoxsayda cangüdən qoruyur.

Son yeddi ayda Əfqanıstanda iki polis işçisi və bir hindistanlı yazıçı daxil edilməklə, bir neçə vəzifəli qadın qətlə yetirilib.
XS
SM
MD
LG