Kubanın sabiq prezidenti Fidel Kastro 90 yaşında vəfat edib. Bu barədə məlumatı onun qardaşı, hazırki prezident Raul Kastro bəyan edib.
Fidel Kastronun kommunist hökuməti ABŞ-ın dəstəklədiyi Kubalı mühacirlərin müdaxiləsi, raket böhranı, sui-qəst cəhdləri və on illərdir davam edən ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq ayaq üstə dayana bilib. Ancaq Kastro 90 illik həyatı Vaşinqtonun Havana ilə tam diplomatik əlaqələri bərpa etməsini görməyə də yetərli olub. Belə ki, 2016-cı ilin mart ayında ABŞ prezidenti adaya səfər də edib.
O, Kuba xalqına çoxsaylı vədlər verən insandır. Kubalılar azadlığa çıxacaqdı. Onların şərəfli hökuməti olacaqdı, Konstitusiya bərpa olunacaqdı. Ancaq əvəzində Fidel onlara Stalinist tipli hökumət bəxş etdiDemokratiya fəalı Frank Kalzon
Fidel Kastronun cəsədi bazar günü yandırılacaq.
Fidel Kastro Ruz 1926-cı il avqustun 13-də dünyaya gəlib və boya-başa çataraq diktator Fulgensio Batistaya qarşı hərəkatın liderlərindən birinə çevrilib. O, partizan qüvvələrinə rəhbərlik edib və sonda onlar Batistanın ordusuna yol taparaq 1959-cu ildə adada hakimiyyəti ələ keçirib.
Triumf və Kommunizm
Onun qələbəsi və Havanaya qalibanə daxil olması dünyanın diqqətini cəlb etmişdi. Ancaq tezliklə o, ölkəni Kommunizmə istiqamətləndirərək Sovet İttifaqını orbit seçdi.
"O, Kuba xalqına çoxsaylı vədlər verən insandır. Kubalılar azadlığa çıxacaqdı. Onların şərəfli hökuməti olacaqdı, Konstitusiya bərpa olunacaqdı. Ancaq əvəzində Fidel onlara Stalinist tipli hökumət bəxş etdi" - deyə kubalı demokratiya fəalı Frank Kalzon bildirir.
Birləşmiş Ştatlar 1961-ci ildə Kubadan sürgün olunmuşların əli ilə adaya müdaxilə həyata keçirsə də, Kastronun qüvvələri onları Donuzlar körfəzində məhv etdi. Bir il sonra isə Kuba ABŞ-la Sovet İttifaqı arasındakı qarşıdurmanın mərkəzində idi. Qarşıdurma adada nüvə raketləri yerləşdirilməsi ilə bağlı idi və nüvə müharibəsi sadəcə təsadüf nəticəsində baş vermədi.
Moskvanın yaxın müttəfiqi kimi Kastro Kuba qoşunlarını Soyuq Müharibə dövrünün Anqola kimi isti bölgələrinə göndərmişdi. Kuba üzrə ekspert Veyn Smit deyir ki, onun siyasətləri Kubanı siyasi arenada beynəlxalq oyunçuya çevirmişdi.
Daxili siyasət
Daxildə isə vəziyyət fərqli idi. Demokratiya və insan haqlarının qarşılığında universal təhsil və səhiyyə xidməti təqdim olunmuşdu. Dissidentlər həbsə atılır və onların etiraz edən qohumları adətən hökumətin adamları tərəfindən təzyiqlərə məruz qalırdı.
"Fidel Kastro hakimiyyəti qorxu, gizli polisdən istifadə və siyasi qüvvələri manipulyasiya etməklə qoruyub saxlayırdı. Eynilə Stalin və Hitler kimi" - deyə Kalzon bildirir.
Dəfələrlə ABŞ-ı ifşa edən Kastro Birləşmiş Ştatların ölkəyə qarşı iqtisadi embarqosu əleyhinə kütləvi etiraz nümayişləri təşkil etmişdi.
ABŞ-ın uzun illər davam edən təzyiqlərinə baxmayaraq o, 2006-cı ildə səhhətində ciddi problemlər yarananadək hakimiyyətdə qalmağa müvəffəq oldu. Həmin il bağırsaq əməliyyatı olunan Kastro prezidentliyi rəsmən 2008-ci ildə kiçik qardaşı Raul Kastroya verdi.
Buna baxmayaraq o, Kubanın ictimai həyatında rol oyanağa davam etdi. Kuba dövlət qəzeti vaxtaşırı onun fikirlərini əks etdirən məqalələr dərc edirdi. Onlar arasında prezident Barak Obamanın tarixi Kuba səfərinin tənqidi də yer alıb.
Fikrimcə hamı qəbul edər ki, o, Kuba inqilabında möhtəşəm hərbi qələbə qazanmış, beynəlxalq sferada çox çətin şərtlər altında manevrlər etmiş böyük tarixi şəxsiyyət idi. O, Kubanın dünya xəritədə yerini göstərdiKuba üzrə mütəxəssis Fil Piters
Tarixi Şəxsiyyət
Kuba üzrə mütəxəssis Fil Piters deyir ki, onun beynəlxalq arenada davamlı şəkildə mövcudluğu onu unikal etmişdi. “Fikrimcə hamı qəbul edər ki, o, Kuba inqilabında möhtəşəm hərbi qələbə qazanmış, beynəlxalq sferada çox çətin şərtlər altında manevrlər etmiş böyük tarixi şəxsiyyət idi. O, Kubanın dünya xəritədə yerini göstərdi" - deyə Leksinqton İnstitutundan Fil Piters bildirir.
Ancaq demokratiya fəalı Kalzon deyir ki, bu Kuba xalqına baha başa gəldi.
"Yaxşı nə etmişdisə, kubalılar bunun əvəzini həyatları, onun etdikləri yaxşılıqlardan qat-qat pis şərtlərlə ödəmişdi".
İstər tiran, istərsə də inqilabçı kimi Fidel Kastro ölənədək dünya mediasının diqqətində qala bildi.