Accessibility links

FIFA rəsmisinə bəraət qazandırılıb


Nyu-Yorkda ABŞ münsiflər məhkəməsi FIFA-da korrupsiya ilə bağlı ittiham olunan cənubi amerikalı sabiq futbol rəsmisinə bəraət qazandırıb.

Perunun futbol federasiyasının sabiq prezidenti Manuel Burqaya qarşı irəli sürülən rüşvət konspirasiya ittihamlarından biri onun üzərindən götürülüb.

Burqa məhkəmə prosesinin nəticəsini möcüzə adlandırıb.

Məhkəmənin qərarı münsiflər məhkəməsinin iki digər sabiq cənubi amerikalı futbol rəsmisini bir neçə korrupsiya hallarında təqsirli tanıdıqdan bir neçə gün sonraya təsadüf edib.

ABŞ prokurorları FIFA-nı sarsıldan təhqiqatlara 42 rəsmi və marketinq menecerlərini cəlb edib. Məhkəmə işi ilə əlaqədar artıq 24 nəfər günahını etiraf edib.

XS
SM
MD
LG