Accessibility links

FIFA-da korrupsiya qalmaqalı [Video]


FIFA-da korrupsiya qalmaqalı
please wait

No media source currently available

0:00 0:02:05 0:00

FIFA-da korrupsiya qalmaqalı

​​ABŞ 14 nəfəri reket, maliyə transaksiyaları, pulların yuyulması da daxil olmaqla 47 maddə üzrə ittiham edir.

ABŞ-ın korrupsiyaya qarşı federal idarəsi beynəlxalq futbol federasiyası FIFA-nın hazırkı və sabiq yüksək rütbəli rəsmilərinə qarşı ciddi iddialarla çıxış edib. İdarə 2018 və 2022-ci illərdə Dünya Kuboku uğrunda oyunların keçiriləcəyi ölkələri müəyyən edən rəsmilərlə bağlı İsveçrə rəsmilərinin ayrıca təhqiqatlar aparacağını elan edib. Bir neçə FIFA rəsmisi Sürixdə həbs edilib.

Bu FIFA üçün yaxşıdır. İmic baxımından yaxşı deyil. Reputasiya baxımından da yaxşı deyil, ancaq son dörd ildə apardığımız islahat prossesi üçün bu, yaxşıdır
Ualter de Qreqorio

ABŞ 14 nəfəri reket, maliyə transaksiyaları, pulların yuyulması da daxil olmaqla 47 maddə üzrə ittiham edir. Prokurorlar deyib ki, bu sxemaya çempionatlarda reklam hüquqlarının verilməsi qarşılığında idman media rəsmilərinin 150 milyon dollardan çox pul verdikləri və ya verməyə razılaşdıqları haqda faktlar daxildir.

İsveçrə Federal Ədliyyə İdarəsi 7 FIFA rəsmisinin çərşənbə günü həbs olunduğunu və ABŞ-a ekstradisiya olunacaqlarının gözlənildiyini bildirib.

Cenevrədə keçirilən mətbuat konfranslnda FIFA-nın rabitə direktoru Ualter De Qreqorio müxbirlərə bildirib ki, hər şeyə rağmən bu, FIFA üçün müsbət inkişafdır.

“Bu FIFA üçün yaxşıdır. İmic baxımından yaxşı deyil. Reputasiya baxımından da yaxşı deyil, ancaq son dörd ildə apardığımız islahat prossesi üçün bu, yaxşıdır.”

Mətbuat mənsubları İsveçrənin Sürix şəhərində yerləşən Baur au Lac hotelinin önündə gözləyirlər. 27 may 2015
Mətbuat mənsubları İsveçrənin Sürix şəhərində yerləşən Baur au Lac hotelinin önündə gözləyirlər. 27 may 2015

İttiham olunanlar sırasına FIFA-nın prezidenti Sepp Ballter daxil deyil. Cümə günü keçiriləcək səsvermədə onun beşinci dəfə FIFA prezidenti seçiləcəyi gözlənilir.

Beynəlxalq futbol icması bu hadisəni şok kimi qarşılayıb. Fransa futbol liqasının prezidenti Frederik Tiries bu hadisənin liqann imicinə xələl gətirəcəyini deyir:

“Bu səhər mən də sizin kimi və bütün dünya kimi şok oldum. Hər şeydən əvvəl, mən bunun futbolun imicinə göstərəcəyi təsirə görə kədərlənirəm. Unutmayın ki, Nimdə əvvəlcədən razılaşdırılmış matç qalmaqalında da gördüyünüz kimi, Fransada korrupsiyaya qarşı mübarizə mənim üçün ən mühüm məsələlərdən biridir. Korrupsiya faktları sübüt olunsa, bu çox ciddi məsələ olacaq. Mən isə İsveçrə polisi və ədliyyə sisteminin bu işi axıra çatdırmasını istərdim.”

Ualter De Qreqorio ittihamlara baxmayaraq, qarşıdan gələn futbol çempionatlarında heç bir dəyişikliyin olmayacağını açıqlayıb.

XS
SM
MD
LG