Hökumət qüvvələri Dəməşqin civarlarını bombardman ediblər. Bu arada hökumət qüvvələri və üsyançılar paytaxt ətrafında toqquşublar.
Suriyada döyüşlər davam edir

1
Shaam News Network-dən əldə olunan videoda Dəməşq yaxınlığında təyyarələrin ərazini bombardman etdiyi göstərilir. Dəməşq, Suriya, 10 dekabr 2012.

2
Hələbdə sakinlər Azad Suriya Ordusu ilə hökumət qüvvələrinin toqquşmaları nəticəsində dağılmış binaların yaxınlığında bazarlıq edirlər. Hələb, Suriya, 9 dekabr 2012.

3
Hələbdə insanlar çörək almaq növbəyə düzülüblər. Hələb, Suriya, 9 dekabr 2012.

4
Suriyanın Türkiyə ilə həmsərhəd Əzaz qəsəbəsində kişilər qaçqın düşərgəsində çadırda alovun üstündə su qaynadırlar. 9 dekabr, 2012.