Accessibility links

Baxmutda döyüşlər şiddətlənir


Ukraynanın şərqində Baxmut şəhərinin yaxınlığında Ukraynanın nəzarət etdiyi ərazilərin şimal cinahında 10-cu Dağ Hücum Briqadasının tank ekipajı Rusiya qüvvələrinə qarşı uzun zamandır gözlənilərn əks-hücuma başlamaq üçün torpağın qurumağını gözləyir.

Tankın operatorları döyüşlər zamanı Ukrayna piyadalarını dəstəkləməyə və uzaqdan açılan atəşdən mühafizə ilə təmin etməyə davam edirlər, ancaq donu açılan palçıqlı yollar və yaz yağışları onların aparıcı rol oynamasının qarşısını alıb.

“Rusların hələ də kifayət qədər artilleriyası və anti-tank silahları, o cümlədən tank əleyhinə idarə olunan raketləri var,” tank operatoru Mikola deyib. “Bizim burada vaxtımız asan keçmir və belə yağış yağmağa davam etdiyi təqdirdə, işləmək çətindir.”

Rusiyanın Ukraynanın şərqi Donbas regionundakı başqa şəhərlərə çıxış kimi gördüyü Baxmut uğrunda döyüşlər son aylarda bu müharibədə ən şiddətli döyüşlərdir və hər iki tərəfdə minlərlə insanın ölümünə səbəb olub. Ukrayna qüvvələri son həftələrdə geri çəkilməyə məcbur olsa da, şəhərin bir hissəsinə nəzarəti əllərində saxlaya biliblər və müntəzəm olaraq Rusiya qoşunlarına və Vaqner qrupunun muzdlularına mümkün qədər çox itki verməyə davam ediblər.

Hərbi ekspertlərin şəhərin strateji dəyəri barədə ziddiyyətli fikirlər səsləndirmələrinə baxmaraq, Ukrayna rəsmiləri Ukrayan gözlənilən əks-hücuma son hazırlıqları etdiyi bir vaxt Kyiv üçün Baxmuta nəzarəti saxlamağın vacibliyini vurğulayıblar.

Kyivin hücumu nə zaman, harada və necə edəcəyini Ukrayna rəsmiləri hələ ki, gizli saxlayır. Təhlilçilər deyir ki, əks-hücumun müharibənin gələcək gedişatı üçün genişmiqyaslı nəticələri olacaq və onun nə qədər uğurlu olması Qərbin dəstəyinə təsir göstərəcək.

Baxmutla cəbhə boyu yerləşən tank heyəti arasında diqqət müharibənin episentrinə çevrilmiş yaxınlıqdakı döyüşə yönəldilir. Ərazidəki döyüşlər iki hissəyə bölünüb. Şəhər daxilində küçə döyüşləri və şimal-qərb və cənub-qərbdəki tarlalar və kəndlərdə aparılır ki, orada Rusiya qüvvələri ukraynalı əsgərləri mühasirəyə almaya çalışırlar.

XS
SM
MD
LG