Accessibility links

Baş redaktor saxlanılıb


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu saxlanılıb. Bu barədə məlumatı yerli KİV Fərəməzoğlunun həyat yoldaşına istinadən yayıb.

Onun sözlərinə görə, iyunun 30-da günorta mülki geyimli üç nəfər baş redaktorun evinə gələrək jurnalistin noutbukunu götürüb. Onlar Fərəməzoğlunun saxlandığını bildirib və jurnalistin saxlanmasının səbəbini açıqlamayıblar.

Yerli media Fərəməzoğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində saxlanıldığını yazır.

Bununla yanaşı, baş redaktorun hansı orqan tərəfindən saxlanılması və saxlanmanın səbəbləri ilə bağlı rəsmi məlumat yayılmayıb.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu şərəf və ləyaqət ittihamı ilə bir il azadlıqdan məhrum edilib.

Onun hazırda rəhbərlik etdiyi Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır.

XS
SM
MD
LG