Accessibility links

Jurnalistə qarşı cinayət işinin istintaqı yekunlaşıb


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Jam.az saytının redaktoru Fikrət Fərəməzoğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, təqsirləndirilən şəxs və vəkil iş materialları ilə tanış olmağa başlayıb.

Sadıqov qeyd edib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq zamanı jurnalistdən işgəncə ilə ifadə alıblar. Onu "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin də şikayət etdikləri əməkdaşlar - İbrahim Kazımov və İslam Ağabəyov dindiriblər.

Fərəməzoğlu işgəncə faktı ilə bağlı artıq Baş Prokurorluqda ifadə verib.

Vəkil deyib ki, müdafiə tərəfi məhkəmədə jurnalistin cinayət təqibinə bəraət əsasında xitam verilməsində israr edəcək.

Fərəməzoğlu 2016-cı il iyunun 30-da hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, jurnalist sahibkardan 3000 manat rüşvət alarkən saxlanılıb.

Ötən həftə ona qarşı ittihamlar ağırlaşdırılıb - "hədələmə yolu ilə pul tələb etmək, bir qrup şəxs tərəfindən, təkrarən və əmlak ələ keçirmək məqsədilə törədildikdə" ittihamı irəli sürülüb.

İlk ittiham ilə Fərəməzoğlunu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi o, əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Fərəməzoğlu yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb, baxmayaraq ki, onun saytı qalmaqallı reputasiyaya malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG