Accessibility links

Filadelfiyada silahlı şəxs 7 saat davam edən atışmadan sonra təslim olub


Filadelfiyadakı bir evdə 7 saat davam edən və 6 polisin yaralanmasından sonra şübhəli cümə axşamı səhər tezdən ələ keçirilib.

Polisin təslim olmağa çağırdığı silahlı şəxs evdə gizlənmişdi. Media xəbərlərində həmin şəxsin avtomat və bir neçə tapançadan istifadə etdiyi bildirilib.

Polis şübhəlinin zabitlərin narkotiklərlə bağlı sanksiyanı təqdim edərkən onlara atəş açmasından sonra hücuma keçib.

Yerli xəbərlər mühasirəyə alınan şübhəlinin əlləri yuxarıda polisə təslim olduğunu göstərən videoları nümayiş etdirib.

Polis idarəsinin mətbuat katibi Erik Qripp xüsusi təyinatlı dəstənin evi gecə yarısından bəri mühasirəyə aldığını bildirib. Atışma zamanı yaralanan 6 polis zabiti xəstəxanaya aparılıb.

Xüsusi təyinatlı dəstə Nicetown-Tioga məhəlləsindəki evdə şübhəli ilə birgə mühasirədə qalan iki polis işçisini və üç mülki vətəndaşı xilas edib.

The Philadelphia Inquirer polis mənbələrinə istinadən bildirib ki, həbs edilən 36 yaşlı filadelfiyalı Mauris Hill əvvəllər də silah, narkotik maddə və hücuma görə məhkum edilib.

XS
SM
MD
LG