Accessibility links

Filadelfiyanın neftayırma zavodunda partlayış olub


ABŞ-ın Pennsilvaniya ştatının Filadelfiya şəhərindəki neftayırma zavodunda butan rezervuarında partlayış olub.

Silsilə partlayışdan sonra yanğın baş verib. Bir neçə saat sonra yanğının söndürülməsinə nail olunub. Yanğınsöndürmə əməliyyatında 120 yanğınsöndürən iştirak edib.

Zavod rəhbərliyi rəsmən elan edib ki, müəssisənin 4 işçisi xəsarət alıb. Onlara tibbi yardım göstərilib. İtkin düşən və ya həlak olanlar barədə məlumat yoxdur.

Əvvəlcə rəsmilər zavod ətrafındakı sakinlərin evakuasiyasına göstəriş versələr də, sonradan göstəriş ləğv edilib.

İnsident zavodun uzunmüddətli maliyyə problemlərindən sonra baş verib. Son zamanlar maaş ödənişlərində və böyük kapitallı layihələrdə ixtisarlar müşahidə edilirdi.

Filadelfiyanın bu neftayırma zavodu ABŞ-ın şərq sahillərinin ən böyük müəssisəsidir. Zavod 1870-ci ildə inşa edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG